
Zeynalabdin Əliyev
Zeynalabdin bəy, kənd təsərrüfatı ilə texnologiyanı uğurla birləşdirərək HuseLand-i Azərbaycanın qabaqcıl aqroturizm və aqrotexnoloji layihələrindən birinə çevirib.
- Phone: +(994) 99-888-86-83
- Email: elze808@mail.ru
- Experience: 15 Years
Zeynalabdin Əliyev – informasiya texnologiyaları sahəsində peşəkar və təşəbbüskar liderdir. İlk təhsilini yüksək intellektual mühitə malik olan Türk Liseyində alan Zeynalabdin bəy, texnologiyaya olan marağını erkən yaşlarından nümayiş etdirmişdir. Bu maraq onu UNEC-də İnformasiya Texnologiyaları üzrə bakalavr təhsili almağa sövq etmiş və bu sahədə möhkəm elmi-təcrübi baza formalaşdırmışdır.
Karyerası ərzində bir çox dövlət və özəl sektora məxsus qurumlarda çalışaraq müxtəlif texnoloji layihələrə rəhbərlik etmiş, praktiki təcrübəsi ilə fərqlənmişdir. Bununla yanaşı, müəllimlik fəaliyyəti ilə də məşğul olaraq, gənclərin bu sahəyə marağını artırmağa və onları düzgün istiqamətləndirməyə xüsusi töhfə vermişdir.
Zeynalabdin Əliyev həm də Code Zen təhsil platformasının təsisçisi, eyni zamanda texnologiya və rəqəmsal trendlər mövzusunda maarifləndirici məqalələr təqdim edən Texno.blog saytının müəllif və qurucusudur. O, ölkədə texnoloji düşüncə tərzinin inkişafına və gənc nəslin bu sahəyə inteqrasiyasına xidmət edən layihələri ilə tanınır.